Kuleba dünyanı "Vaqner"-i terror təşkilatı kimi tanımağa çağırıb

Kuleba dünyanı "Vaqner"-i terror təşkilatı kimi tanımağa çağırıb backend

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dünyanı Rusiyanın özəl hərbi kompaniyası olan “Vaqner”i Ukrayna və Afrikadakı fəaliyyətlərinə görə terror təşkilatı kimi tanımağa çağırıb.

Qaziler.az “Evropeyskaya Pravda”ya istinadən xəbər verir ki, bu barədə Kuleba çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib.

Xarici işlər naziri xatırladıb ki, rus muzdluları Donetsk vilayətinin Baxmut şəhərini məhv etməklə yanaşı, Afrika ölkələrində də təxribat fəaliyyəti həyata keçirirlər: "Burkina-Fasoda qızıl yataqlarının işlənməsi müqabilində hərbi xuntaya kömək edirlər, Malidə isə onlar hazırkı hərbi xuntanı dəstəkləyir".

QAZİLER.AZ

 

Diaspora