ABŞ hökuməti növbəti hərbi yardım paketi çərçivəsində Ukraynaya “ağıllı bomba”ların yaradılması üçün avadanlıq verməyi planlaşdırır.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna CNN-ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, adı çəkilməyən bir neçə ABŞ məmuru “ağıllı bombalar” üçün avadanlığın bu həftədən etibarən Ukraynaya hərbi yardım paketinə daxil ediləcəyini bildirib.
Eyni zamanda, nəşrin istinad etdiyi mənbələr ABŞ-ın Ukraynaya neçə dəst ötürməyi planlaşdırdığını açıqlamayıb.
QAZİLER.AZ