Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan xəstəxanaya yerləşdirilib.
APA news.am-a istinadən xəbər verir ki, o, “Best Life” tibbi klinikasına yerləşdirilib.
Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan eks-prezidentin kardioloji mərkəzə yerləşdirildiyini və orada müntəzəm tibbi müayinədən keçdiyini bildirib.