Sərxoş halda 20 sərnişinin olduğu avtobusu oğurlamağa cəhd edən Kutaisi sakini məhkəmə zalından azadlığa buraxılıb.
Qaziler.az "Novosti-Qruziya"ya istinadən bildirir ki, onun içki yoldaşı da azadlığa buraxılıb.
Sürücü siqaret çəkməyə gedən zaman avtobusun sükanı arxasına keçən həmin şəxs 20 metr sürməyi bacarıb və polis tərəfindən saxlanılıb.
Uğursuz "sürücü"nün yaratdığı hadisə kutaisililərin dilinə düşüb. Onlar danışır ki, avtobusu qaçıran şəxs oradakı sərnişinləri banketi davam etdirmək üçün öz evinə aparır və etiraz qəbul olunmur.
Avtobusu qaçıranlar törətdikləri əməli etiraf edərək bir daha belə əməl törətməyəcəklərini bildiriblər. Təqsirkarlar məhkəmə zalından azadlığa buraxılıb.
QAZİLER.AZ