Zelenski bu gün görüşən qərb liderlərini Ukraynanı dəstəkləməyə çağırıb

Zelenski bu gün görüşən qərb liderlərini Ukraynanı dəstəkləməyə çağırıb backend

Zelenski Qərb liderlərini hava hücumundan müdafiə sistemlərinin təchizatı ilə Ukraynanı dəstəkləməyə çağırıb.

Qaziler.az "RBK-Ukrayna"ya istinadən bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski Qərb liderlərini Ukraynaya hava hücumundan müdafiə vasitələrinin tədarükünü artırmağa çağırıb.

"Ölkəmiz üçün 100% "hava qalxanı" Rusiyanın təcavüzünə qarşı ən yaxşı addımlardan biri idi.

Prezident  dekabrın 19-da Latviyada görüşən Birləşmiş Ekspedisiya Qüvvələrinə daxil olan ölkələrin rəhbərlərinə müraciət edib.

Zelenskinin sözlərinə görə, Rusiya təcavüzü iflasa uğramalı və bu, mümkün qədər tez baş verməlidir. Zelenski Qərbi rusların məğlubiyyətini sürətləndirmək üçün mümkün olan hər şeyi etməyə çağırıb.

QAZİLER.AZ

Diaspora