Türkiyə və Yunanıstan arasında gizli danışıqlar keçirilib

Türkiyə və Yunanıstan arasında gizli danışıqlar keçirilib backend

Belçikanın paytaxtı Brüsseldə dekabrın 16-da Yunanıstanla Türkiyə arasında gizli danışıqlar baş tutub.

Danışıqlarda Yunanıstan tərəfindən baş nazirin Diplomatik Ofisinin direktoru Anna-Mariya Bura iştirak edib. Türkiyə nümayəndə heyətinə ölkə prezidentinin sözçüsü İbrahim Kalın başçılıq edib.

“Cümə günü İbrahim Kalın və Anna-Mariya Bura Brüsseldə olduqca yüksək məxfilik şəraitində görüşüblər. Onlar arasında danışıqlar Almaniya Kansleri Olaf Şoltsun diplomatik müşaviri Yens Pletnerin iştirakı ilə baş tutub”, - deyə nəşr qeyd edib.

Danışıqlar Almaniya nümayəndə heyətinin ofisində və heç bir ilkin şərt olmadan keçirilib. Yunanıstan tərəfi danışıqların nəticəsi olaraq “əlaqə kanalının bərpa olunduğunu” açıqlayıb.

Danışıqların keçirilməsinə səbəb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 11-də verdiyi açıqlamalar olub. Türkiyə lideri Afinanın Egey dənizindəki Dodekanes arxipelaqına silah göndərəcəyi təqdirdə Yunanıstanı “Tayfun” ballistik raketləri ilə hədələyib. (oxu.az)

Mənbə: Newsbreak.gr

Diaspora