Bu gecə Ukraynada məhv edilən İran dronlarının sayı...

Bu gecə Ukraynada məhv edilən İran dronlarının sayı... backend

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri  gecə saatlarında məhv edilən kamikadze-dronların sayını açıqlayıb.

Qaziler.az "zn.ua"ya istinadən bildirir ki, Rusiya Azov dənizinin şərq sahillərinə İran istehsalı olan "Şahed" pilotsuz uçuş aparatları ilə hücum edib.

Dekabrın 18-dən 19-na keçən gecə rus işğalçıları kamikadze-dronlarla Kiyev vilayətinə, eləcə də Çerkassı, Dnepropetrovsk, Nikolayev, Xerson vilayətlərinə hücum edib. İran “Şahed”ləri ilə edilən hücum nəticəsində Kiyevdə və regionda infrastruktur obyektlərinə və fərdi evlərə ciddi ziyan dəyib.

Verilən məlumata görə, bu gecə 35 "Şahed" dronundan 30-u Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

QAZİLER.AZ

Diaspora