“Tayfun”un uçuş məsafəsi təxminən 2 dəfə artırılacaq

“Tayfun”un uçuş məsafəsi təxminən 2 dəfə artırılacaq backend

“Türkiyənin ilk “Tayfun” ballistik raketinin uçuş məsafəsinin təxminən iki dəfə artırılması, min kilometrə qədər çatdırılması planlaşdırılır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində yerləşən Mardin şəhərinin gəncləri ilə görüşündə bildirib. “Bildiyiniz kimi, “Tayfun” raketinin uçuş məsafəsi 560 km elan edilib. Keçən həftə mütəxəssislərlə danışdım, mənə dedilər ki, “Tayfun” raketinin uçuş məsafəsini min kilometrə çatdıracağıq”, - Ərdoğan bildirib.

Qeyd edək ki, “Tayfun” raketinin sınaqları Türkiyə tərəfindən bu ilin oktyabrında həyata keçirilib. Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan raket 561 km məsafədəki hədəfi 458 saniyəyə vurub. Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib. (azvision.az)

loading...
Diaspora