Türkiyənin ilk reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ABŞ-da gündəm olub.
Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan "Bayraktar Kızılelma" ABŞ-ın "Newsweek" və "Forbes" jurnalları tərəfindən diqqətlə araşdırılıb.
Bildirilir ki, Baykarın yerli və milli qaynaqlarla istehsal etdiyi "Bayraktar Kızılelma" xaricdə də diqqət mərkəzində olub.
"Newsweek" nəşri: "Səsdən sürətli pilotsuz uçuş aparatı ilk uçuşunu uğurla başa vurdu" - deyə qırıcının ilk uçuşundan yazıb.
Jurnalda "Kızılelme"nin xüsusiyyətlərinə yer verilib.
"Forbes" jurnalı: "Türkiyənin 2023-cü ildə ilk uçuşlarını etməyi ümid etdiyi hərbi təyyarə" başlıqlı xəbərində Baykarın hazırladığı "Kızılelma"ya diqqət çəkib.
Jurnal qırıcını: "Düşmən pilotsuz təyyarələri və ya helikopterlərindən qorunma təmin edir" -deyə dəyərləndirib.