Diyarbakırda çevik polis qüvvələrinə qarşı terror hücumunda 9 nəfər yaralanıb.
Qaziler.az bildirir ki, xain hücum nəticəsində 1 mülki şəxs və 8 polis əməkdaşı yaralanıb. Yaralı polislərin vəziyyətinin yaxşı olduğu bildirilir.
Hadisə Diyarbakırda heyvan bazarının yerləşdiyi ərazidə baş verib.
Polis maşınına edilən hücumla bağlı Türkiyənin daxili işlər naziri Süleyman Soylu: "Sorğuya çəkilən şəxs maşını bura gətirdiyini və bombanı yerləşdirdiyini etiraf etdi", - deyib.
Daxili işlər naziri Süleyman Soylu partlayışın baş verdiyi bölgədə açıqlama verib.
Soylu baş verən hadisə ilə bağlı 5 nəfərin həbs edildiyini bildirib.
QAZİLER.AZ