Ukraynadakı müharibəni yalnız bir nəfər diplomatik yola keçirə bilər - Zelenski

Ukraynadakı müharibəni yalnız bir nəfər diplomatik yola keçirə bilər -  Zelenski backend

Ukrayna Prezidenti bunun hansı şəraitdə baş tuta biləcəyini söyləyib.

Qaziler.az zn.ua-ya istinadən bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski əmindir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin diplomatik həllinin başlanmasını yalnız bir nəfər təmin edə bilər - Rusiya rəhbəri Vladimir Putin. Bunun üçün o, qoşunlarını Ukraynanın 1991-ci ildə müəyyən edilmiş dövlət sərhədlərinə çəkməlidır,

Zelenski bunu "The Economist"-ə müsahibəsində deyib.

“Əgər Putin  indi qoşunlarını 1991-ci ilin sərhədlərinə çəksə, o zaman mümkün diplomatiya yolu başlayacaq. Beləliklə, müharibəni hərbi yoldan diplomatik yola yalnız o, apara bilər. Bunu ancaq o edə bilər”, - deyə dövlət başçısı bildirib.

QAZİLER.AZ

Diaspora