Rusiyanın Çelyabinsk şəhəri yaxınlığında silsilə qətllər törətmiş şəxs məhkəmə zalından qaçmağa çalışıb və nəzarətçini yaralayıb.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Çelyabinsk vilayətində qətl törətdiyinə görə həbs edilən 40 yaşlı müttəhim məhkəmə iclası zamanı qaçmağa cəhd edib.
Həmin şəxsə Qarabaş şəhərində hökm çıxarılıb. Hökm oxunan zaman məhkum kəsici alət çıxararaq iki nəzarətçiyə hücum edib. Onlardan birini boyun nahiyəsindən, digərinin isə başından yaralayıb.
Müttəhim saxlanılıb. Təhlükəsizlik qüvvələri onu saxlamaq üçün güllə ilə yaralamalı olublar.
Hazırda o, sağ budunun yarası ilə xəstəxanadadır.
QAZİLER.AZ