Türkiyənin Malatya bölgəsində jandarma itkin düşən 32 baş kiçik buynuzlu heyvanın axtarışı üçün dron ilə əməliyyat keçirib.
Qaziler.az ensonhaber-ə istinadən bildirir ki, Malatyada bir vətəndaş oğlunun sürünü otararkən 32 baş xırdabuynuzlu heyvanlarını itirdiyini bildirib.
İtmiş heyvanlar Jandarma qrupları tərəfindən 28 saatlıq axtarışdan sonra evlərindən təxminən 5 kilometr aralıda dağlıq ərazidə, başqa bir sürüyə ilə qarışdıqları dron vasitəsilə müəyyən edilib və tapılaraq sahibinə təhvil verilib.
QAZİLER.AZ

