Mixail Saakaşvilinin vəkili bildirib ki, Avropa Parlamentinin deputatları vəziyyətə müdaxilə etdikdən sonra aclıq aksiyasının dayandırılması barədə qərar qəbul edilib.
Qaziler.az bildirir ki, bunu newsgeorgia.ge yazıb.
“Avropa parlamentariləri məndən aclıq aksiyasını dayandırmağı xahiş edirlər ki, müvafiq qurumlara mənim özümə zərər vurduğumu iddia etməyə əsas verməyim”. Saakaşvilinin bu bəyanatını onun adından vəkili Vaxtanq Baramaşvili oxuyub.
Saakaşvili bəyan edib ki, hakimiyyət onun məhkəmə prosesində iştirakına əngəl törətdiyi üçün yenidən aclıq aksiyası keçirməyə məcbur olub.
Eks-prezidentin sözlərinə görə, Avropa Parlamentinin deputatları onun “minimum hüquqlarının” müdafiəsini təmin etmək üçün bütün diplomatik səylərini səfərbər edəcəklərinə söz veriblər.
QAZİLER.AZ