Dekabrın 14-də Ukrayna və Rusiya arasında növbəti hərbi əsir mübadiləsi baş tutub.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin daha 64 əsgəri Rusiya əsirliyindən qayıdıb.
Bu barədə Ukrayna prezident ofisinin rəhbəri Andrey Yermak Teleqram səhifəsində xəbər verib.
Əsirlikdən azad edilən döyüşçülər arasında Donetsk və Luqansk istiqamətində döyüşmüş, xüsusən də Baxmutun müdafiəsində iştirak etmiş müdafiəçilər var. Bunlar zabitlər, sıravilər və çavuşlardır.
Əsirlikdən azad edilənlər arasında Ukrayna xalqına kömək edən ABŞ vətəndaşı, Murekezi Suedi də var.
Həmçinin 4 cəsəd də geri qaytarılıb.
QAZİLER.AZ