ABŞ Suriyadakı terror təşkilatları ilə əməkdaşlığı bərpa edir

ABŞ Suriyadakı terror təşkilatları ilə əməkdaşlığı bərpa edir backend

ABŞ Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Rayder Türkiyənin Suriya və İraqda PKK/YPG terror təşkilatına qarşı hava əməliyyatından sonra Suriyada PKK/YPG ilə patrullarını azaldan ABŞ ordusunun təşkilatla birlikdə bu patrullara yenidən başladığını açıqlayıb.

Qaziler.az bildirir ki, gündəlik mətbuat konfransında  ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder Türkiyənin Suriyada PKK/YPG-yə qarşı mümkün quru əməliyyatı ilə bağlı sualları şərh etməyəcəyini bildirib.

Rayder: “ABŞ adından deyə bilərəm ki, Suriya Demokratik Qüvvələri ilə birgə əməliyyatlarımız yenidən başladı. Dekabrın 9-dan etibarən biz tam olaraq əməliyyatlara başladıq”- deyib.

Terror təşkilatı PKK/YPG-nin İstanbulun İstiqlal küçəsində törətdiyi bombalı hücumdan sonra Türkiyə Silahlı Qüvvələri (TSK) Suriya və İraqda bir çox terror təşkilatı hədəflərinə qarşı hava əməliyyatı həyata keçirib. "Pəncə kılıc" adlanan əməliyyatdan sonra ABŞ və PKK/YPG terror təşkilatı bölgədəki birgə patrullarını azaldıb.

Mənbə: AA

QAZİLER.AZ

Diaspora