Ukraynanın Belarusla sərhəddə mina partlayıb

Ukraynanın Belarusla sərhəddə mina partlayıb backend

Kiyev vilayətində, Belarusla sərhədə yaxın Rusiyaya məxsus piyada əleyhinə mina partlayıb, nəticədə bir nəfər xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukraynanın Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.

Xidmətin məlumatına görə xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Rusiya və Belarusla həmsərhəd rayonlarda məhdudiyyətlər tətbiq olunduğu, xüsusən də meşəlik ərazilərə getməyin qadağan edildiyi vurğulanır.

QAZİLER.AZ

Diaspora