Rusiyada məhkəmə əsir götürülən ukraynalıların hərbi əsir olmadığını və vəkil hüququna malik olmadığını bildirib.
Qaziler.az bildirir ki, bu gün Rusiyada məhkəmə bu ölkənin Ukraynaya qarşı başladığı müharibədə, mart ayında əsir götürülən Ukrayna vətəndaşına qarşı qaldırılan iddia üzrə hökm çıxarıb.
Rusiyada hərbi qarnizon məhkəməsində hərbi əməliyyatlar zamanı rusiyalı hərbçilər tərəfindən bu ilin mart ayında əsir götürülən 20 yaşlı ukraynalı Mıkıta Şkryabinin işi üzrə proses keçirilib. Bildirilib ki, Şkryabin hərbi əsir deyil. Onun Rusiyada heç bir prosessual hüquqlarının olmadığını, ona görə də vəkil hüququna malik olmadığı bildirilib.
Bu barədə Rusiyanın “Aqora” hüquq müdafiə təşkilatının rəhbəri Pavel Çikov bildirib.
Məhkəmənin qərarına görə:
Şkryabin qanunsuz hərəkətlərə görə saxlanılıb;
deməli, onun heç bir prosessual, o cümlədən vəkil hüququ yoxdur.
Bir sözlə, ukraynalının Rusiyanın Ukraynada apardığı “xüsusi hərbi əməliyyata etirazla əlaqədar” həbs olunduğu haqqında məhkəmə qərarı qüvvədə qalıb.
QAZİLER,AZ