Türkiyənin müdafiə naziri hulusi Akar Yunanıstana xəbərdarlıq edərək bildirib ki, gələcəklərinin yaxşı olmasını istəyənlər dünənin və bu günün səhvlərindən dərs çıxardaraq dönməlidirlər.
Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, Hulusi Akar gündəmlə bağlı açıqlamalar verib.
Akar Yunanıstana təxribat xarakterli addımları ilə bağlı xəbərdarlıq edib:
“Yunanıstan əsası olmayan, məntiqsiz və qeyri-qanuni tələb və iddiaları ilə davamlı olaraq təxribatçı və aqressiv hərəkətlər ilə gərginliyi artırmaq üçün hər cür cəhdlər etməkdədir.
İstənilən təxribatların qarşısını alacağıq, buna yol verməyəcəyik. Gələcəyinin yaxşı olmasını istəyənlər dünənin və bu günün səhvlərindən dönməlidir".
QAZİLER.AZ