Rusiyada ticarət mərkəzi yanıb - VİDEO

Rusiyada ticarət mərkəzi yanıb - VİDEO backend

Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində “Stroypark” ticarət mərkəzində yanğın baş verib

Qaziler.az bildirir ki, bu barədə "Mash" məlumat verib.

Yanğın ticarət mərkəzində təxminən 500 kvadratmetr ərazini əhatə edib. Ticarət mərkəzinin yaxınlığındakı açıq sahədə olan tikinti materialları yanıb, yanğın binanın 1-ci mərtəbəsini bürüyüb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları cəlb edilib.

İlkin məlumata görə, bir mühafizəçi yaralanıb.

QAZİLER.AZ

 

 

 

Diaspora