Kobaxidze bundan sonra susmağa və Saakaşvili haqqında danışmamağa söz verib

Kobaxidze bundan sonra susmağa və Saakaşvili haqqında danışmamağa söz verib backend

Gürcüstanın hakim partiyasının lideri İrakli Kobaxidze müxalifətin Mixail Saakaşvilinin sağlıq durumu ilə bağlı səmimiyyətinə şübhə etdiyini bildirib.

Qaziler.az "Novosti - Qruziya"ya istinadən məlumatına görə, partiya lideri bildiribi ki, bu, Saakaşvili haqqında söylədiyi “son şərh”dir.

Kobaxidze: “Onlar Saakaşvilinin səhhəti ilə maraqlansaydılar, onun özünü şikəst etməsi üçün bu qədər uzun müddətli təşviqedici kampaniya aparmazdılar”, - deyib.

“Bu, Saakaşvili ilə bağlı son şərhimdir. Nə varsa hüquqi baxımdan həll olunmalı və mövzuya siyasi don geyindirilməməlidir. Onlar (müxalifət) siyasi piar-kampaniyaya pul xərcləyir, lobbiçilər tuturlar. Onların məqsədi məsələni siyasiləşdirməkdir, amma biz bunu istəmirik, ona görə də mən bundan sonra Saakaşvili haqqında şərh verməyəcəyəm”, - Kobaxidze bildirib.

QAZİLER.AZ

Diaspora