Kreml rəhbəri Vladimir Putin yenidən Qərbə qarşı ittihamlar səsləndirib.
Onun dddialarına görə, Rusiyanın Ukraynaya qarşı açıq təcavüzü deyil, bəzi Qərb elitalarının hərəkətləri nəticəsində “dünyada münaqişə potensialı artır”.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, Rusiya prezidenti bu sözləri ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) və MDB-yə üzv dövlətlərin müdafiə idarələri rəhbərlərinin iclasının iştirakçılarına videomüraciəti zamanı deyib.
Onun sözlərinə görə, Qərb qəsdən “xaosu çoxaltmağa və beynəlxalq vəziyyəti gərginləşdirməyə” gedir.
QAZİLER.AZ