Luqansk vilayətini rus işğalçılarından azad etmək çox çətin olacaq, çünki onlar bölgəyə çoxlu qüvvə və hərbi texnika cəmləyiblər.
Qaziler.az UNİAN-a istinadən bildirir ki, bunu Luqansk Regional hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
Sergey Qayday ümid edir ki, Ukrayna Müdafiə Qüvvələrinin bölmələri qışın sonunda 2014-cü ilin demarkasiya xəttinə çata, 2023-cü ildə isə Luqansk vilayətinin bütün ərazisini işğaldan azad edə biləcəklər.
QAZİLER,AZ