Ukrayna prezidenti Vladimir Zelenski dünən, dekabrın 7-də Xerson vilayətində Rusiya hərbçilərinin yerləşdirdiyi minalardan həlak olan polis əməkdaşlarını ölümündən sonra təltif edib.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Polis polkovniki Mixail Vitaliyeviç Kuratçenkoya (ölümündən sonra) “Qızıl Ulduz” ordeni ilə Ukrayna Qəhrəmanı adı verilib.
Ölümündən sonra polis kapitanı İqor Melnik, polis kapitanı Sergey Nenada və polis kapitanı Vadim Perijko III dərəcəli "İgidliyə görə" ordeni ilə təltif edilib.
QAZİLER.AZ