Kuleba Rusyanın bəyanatı haqda: Onlar danışıqlara yox, yeni döyüşlərə hazırlaşırlar

Kuleba Rusyanın bəyanatı haqda: Onlar danışıqlara yox, yeni döyüşlərə hazırlaşırlar backend

Rus işğalçıları danışıqları istəmir və Ukraynaya qarşı müharibədə yeni döyüşlərə hazırlaşırlar.

Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Kuleba bildirib ki, ruslar artıq qoşunlarını Donbasa köçürüblər.

Onun sözlərinə görə, Moskvanın sülh danışıqları istəyi ilə bağlı bir sıra bəyanatlarına baxmayaraq, təcavüzkar ölkənin davranışı onun dialoqa hazır olmadığını göstərir.

O, əlavə edib ki, rus qoşunları Xersondan çıxarıldıqdan sonra işğalçılar artıq əsgərlərini Donbasa köçürüblər və oradan Baxmutu tutmağa çalışırlar.

QAZİLER.AZ

 

Diaspora