Saakaşvili öz əli ilə tərəfdarlarına müraciət yazdı - "Bu, ölüm-dirim məsələsidir" - FOTO

Saakaşvili öz əli ilə tərəfdarlarına müraciət yazdı - "Bu, ölüm-dirim məsələsidir" - FOTO backend

Mixail Saakaşvilinin Facebook səhifəsində onun əlyazma müraciəti dərc olunub.

Qaziler.az "Novosti-Qruziya"ya istinadən bildirir ki, Gürcüstanın üçüncü prezident müraciətində özünü pis hiss etdiyini, lakin cümə günü, dekabrın 9-da keçiriləcək məhkəmə prosesində iştirak etməyə hazırlaşdığını yazıb. "Çünki bu, ölüm-dirim məsələsidir".

Saakaşvili müraciətində ondan narahat olan hər kəsə təşəkkür edib.

Xatırladaq ki, proses Tbilisi Şəhər Məhkəməsində saat 13.00-da başlayacaq. Həmin gün  eyni zamanda, Saakaşvili tərəfdarlarının aksiyası da nəzərdə tutulub.

QAZİLER.AZ

Diaspora