Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi Tbilisi hava limanında “İslam Dövləti” terror qruplaşmasının nüfuzlu üzvü adlandırılan gürcü çeçeninin saxlanıldığını açıqlayıb.
Qaziler.az xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi Tbilisi hava limanında “İslam Dövləti” terror qruplaşmasının nüfuzlu üzvlərindən sayılan gürcüstanlı çeçenin saxlanıldığını bildirib.
Bu barədə "Novosti - Qruziya" məlumat verib.
Saxlanılan şəxs etnik çeçen-kistlərin yaşadığı Pankisi dərəsindəki kənddən olan Siskara Toxosaşvilidir. İstintaq məlumatına görə, o, 2015-ci ildə Gürcüstanı tərk edərək İŞİD sıralarına qoşulub, orada “Əmir İsa” kimi tanınıb. Qısa zamanda nüfuz qazanan Toxosaşvili qruplaşmanın bölmələrindən birinə rəhbərlik edib. İndi Toxoşaşvilini 10 ildən 17 ilə qədər həbs gözləyir.
QAZİLER.AZ