Ukraynada Rusiya ordusunu getdikcə tükəndirən ağır səngər müharibəsi davam edir.
Soyuq keçən qış Rusiya qoşunlarının Ukraynadakı mövqeyinin ciddi şəkildə zəifləməsinə səbəb olub. Rusiya komandanlığının səfərbərliyə aldığı minlərlə əsgər qış ləvazimatları ilə təmin edilmədiyindən demək olar ki, donurlar.
Bununla bağlı Qaziler.az-a Ukrayna mənbələrindən bildirilib. "Qeyri-rəsmi məlumatlara görə, soyuqlar səbəbindən Rusiya ordusu hər gün 200-ə qədər əsgərini itirir. Cəbhədə Ukrayna Silahlı Qüvvələri ilə döyüşlərdən sağ çıxanlar mövqelərində donurlar. Həkim çatışmazlığından səfərbərliyə alınmış rusiyalı əsgərlər hipotermiya və ya pnevmoniyadan kütləvi şəkildə ölürlər. Vəziyyət o yerə çatır ki, rus hərbçiləri isinmək üçün meyitlərin üst paltarlarını çıxarırlar. Səfərbərlikdən cəbhəyə yeni göndərilənlər - qış geyimləri və digər ordu ləvazimatları ilə təmin oluna bilənlər cəbhə bölgəsində həmkarları tərəfindən soyulur. Müqaviləli əsgərlər, muzdlular, kadırovçular, keçmiş məhkumlar, Donbasdan olan yaraqlılar yeni səfərbər edilərək cəbhəyə göndərilənləri əyinlərindəki isti paltarlarını "paylaşmağa" məcbur edirlər" - deyə mənbə qeyd edib.
QAZİLER.AZ