Saakaşvilini müalicə etmək demək olar ki, mümkün deyil - Həkimlər

Saakaşvilini müalicə etmək demək olar ki, mümkün deyil - Həkimlər backend

Hazırda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini sağaltmaq demək olar ki, mümkün deyil.

Qaziler.az bildirir ki, bunu onun həkimləri bildiriblər.

Tengiz Suladze bildirib ki, son vaxtlar siyasətçinin vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşib.

Həkimin sözlərinə görə, Saakaşvili xeyli, 42 kiloqram arıqlayıb. Bundan əlavə, Suladze bildirib ki, eks-prezidentin koqnitiv funksiyaları pozulub, onda polineyropatiya var.

Həkimlər deyirlər ki, Saakaşvilinin vəziyyəti düzəlməsi mümkünsüz hala bilər, Bununla əlaqədar onlar təcili tədbirlər görməyə çağırırlar. Ekspertlərin fikrincə, indiki müalicə səmərəsizdir və siyasətçinin vəziyyətini daha da ağırlaşdırır.

"Keçmiş prezidentin səhhəti yaxşılaşmasa, o, yalnız bir neçə ay yaşaya bilər" - deyə Suladze bildirib.

Qeyd edək ki, Saakaşvili həbsxanada bir aydır aclıq aksiyasından sonra Tbilisidə müalicə olunur. O, bu ilin may ayında klinikaya köçürülüb.

QAZİLER.AZ

Diaspora