Ukraynanın xarici işlər naziri Dmitro Kuleba verdiyi açıqlamada Ukraynanın Rumıniya və Danimarkadakı səfirliklərinə “təhlükəli bağlama” göndərildiyini bildirib.
Qaziler.az bildirir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba onlayn mətbuat konfransında Ukrayna səfirliklərinə və konsulluqlarına göndərilən bomba və qanlı bağlamaları “terror və hədə-qorxu əməliyyatları” kimi qiymətləndirib.
Kuleba mətbuat konfransı zamanı Ukraynanın düşmənlərinə mesaj göndərib: "Bizi qorxuda və dayandıra bilməyəcəksiniz".
Bağlamaların içərisində nə olduğunu açıqlamayan Kuleba bildirib: "Bu bağlamaları göndərməyə davam edənlərə, səfirliklərimizi terrorla hədələyənlərə deyirəm, lütfən sakit olun, poçt üçün zamanınızı və pulunuzu boş yerə xərcləməyin. Heç bir şey əldə edə bilməyəcəksiniz".
Qeyd edək ki, Rumıniya və Danimarkadan əlavə, Ukraynanın 14 ölkədəki ümumilikdə 23 diplomatik nümayəndəliyi şübhəli bağlamalarla hədəfə alınıb.
QAZİLER.AZ