Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində bu dəfə kürd gərginliyi - VİDEO

Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində bu dəfə kürd gərginliyi - VİDEO backend

TBMM-də büdcə müzakirələri zamanı kürdcə çıxış etmək istəyən HDP-nin diyarbəkirli millət vəkili İmam Taşçıer parlamentdə gərgin anların yaşanmasına səbəb olub.

Qaziler.az bildirir ki, gün ərzində keçirilən görüşlər zamanı AKP-nin bursalı millət vəkili Zəfər İşıqla İyi Partiyası Trabzon millət vəkili Hüseyn Örs yumruq davasına çıxıblar.

İşığın barmağındakı üzük Örsün başına dəyib.

Xəstəxanaya qaldırılan Örsün reanimasiyada müalicəsi davam edir.

TBMM-də yumruqlarla yaşanan gərginlikdən sonra bu dəfə 'kürdcə' gərginlik yaşanıb.

Söz alan HDP-nin diyarbəkirli millət vəkili İmam Taşçıerin çıxışını kürdcə etməyə çalışması məclisdə gərginliyə səbəb olub.

İsrarla kürdcə danışmağa davam edən Taşçıerə başkan Heydər Akar tərəfindən dəfələrlə xəbərdarlıq edilib.

Akar: "Mən kürsüdə ana dilində danışsam, məni heç kim anlaya bilməz. Hər kəsi  rəsmi dildə danışmağa dəvət edirəm. Bu ölkədə təkcə kürdlər yaşamır" - deyib. 

Xəbərdarlıqlara qulaq asmayan və çıxışına kürdcə davam edən Taşçıerin mikrofonu söndürülüb.

QAZİLER.AZ

 

 

Diaspora