Saakaşvili zəhərlənməsində xarici xüsusi xidmət orqanlarının iştirakını istisna etmir

Saakaşvili zəhərlənməsində xarici xüsusi xidmət orqanlarının iştirakını istisna etmir backend

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili  iddia edilən zəhərlənməsi ilə bağlı Gürcüstan hakimiyyətini günahlandırmır və buna görə məsuliyyətin onu düşmən hesab edən xarici dövlətlərin xüsusi xidmət orqanlarının üzərinə düşdüyünü bildirir.

Qaziler.az Noi.md.ru-ya istinadən bildirir ki, bunu jurnalistlərə Saakaşvilinin anası Giuli Alasaniya deyib.

"Prezident Mixail Saakaşvili özünün zəhərlənməsinə görə Gürcüstan hakimiyyətini günahlandırmır. Əgər zəhərlənmə həqiqətən baş veribsə, deməli, burada Mişanı düşmən hesab edən xarici dövlətin xüsusi xidmət orqanlarının izləri və üslubu var", - deyə Alasaniya bildirib.

Onun sözlərinə görə, Saakaşvilinin bədənində ağır metalların olub-olmaması ilə bağlı testlər ABŞ laboratoriyalarında yoxlanılıb. "Ola bilsin ki, Mişanın zəhərlənməsi Gürcüstan dövlətinə qarşı təxribatdır”, - Saakaşvilinin anası qeyd edib.

O, jurnalistlərə Saakaşvilinin Gürcüstan siyasətində bundan sonra da iştirak etmək niyyətində olmadığı barədə sözlərini də çatdırıb.

QAZİLER.AZ

Diaspora