“Financial Times” qəzeti Zelenskini “İlin adamı” elan edib.
Londonda çıxan “Financial Times” qəzeti Zelenski haqqında: “O, öz xalqının möhkəmliyini təcəssüm etdirir” yazıb.
Qaziler.az-ın xəbərinə görə, qəzet bildirir ki, Zelenskinin ölkəsində qalmaq seçimi onun Qərb müttəfiqləri üçün sürpriz olub.
Qəzet Zelenskini "ilin adamı" elan etmə qərarı ilə bağlı bunları yazıb:“Ukrayna prezidenti öz xalqının dözümlülüyünü təcəssüm etdirir və liberal demokratiyanın bayraqdarına çevrilib”.
Zelenski sözügedən qəzetə "Mən cəsarətli olmaqdan daha çox məsuliyyətliyəm. İnsanları xəyal qırıqlığına uğratmaqdan nifrət edirəm" deyib.
QAZİLER.AZ

