Türkiyənin müdafiə sənayesi başqanı İsmayıl Dəmir 6 ədəd "BAYRAKTAR TB2" pilotsuz uçuş aparatının təhlükəsizlik qüvvələrinə təslim edildiyini açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, müdafiə sənayesi başqanı İsmayıl Dəmir sosial şəbəkədə yeni paylaşım edib.
O, sosial media hesabından "Bayraktar TB2" pilotsuz uuçuş aparatının görüntülərinin yer aldığı video paylaşıb.
Dəmir: "Dünyada oyun dəyişən, ordumuzun səmada gücünə güc qatan SİHA-larımızın tədarüklərini davam etdiririk" deyib.
İsmayıl Dəmir 6 ədəd "Bayraktar TB2" pilotsuz uçuş aparatının (PUA) təhlükəsizlik qüvvələrinə təhvil verildiyini bildirib.
QAZİLER,AZ