Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstana dialoq çağırışının zəiflik olmadığını qeyd edərək: "Ağlınızı başınıza yığın, haqqımızı çeynətmərik" - deyib.
Qaziler.az bildirir ki, bunu milli müdafiə naziri Hulusi Akar Türkiyənin Yunanıstanla münasibətləri barədə deyib.
"Biz Yunanıstanın gərginliyi artıran hərəkətlərindən əl çəkməsini gözləyirik. Biz səbirlə münasibətlərin diplomatik yolla həll olacağına inanırıq. 3-cü tərəfin sözləri ilə özünüzü havada hiss etməyin".
Akar Yunanıstana sərt xəbərdarlıq edib: “Terrorçulara dəstəyinizi dayandırın. Türkiyə sizinlə əməkdaşlıq edə biləcək yeganə gücdür”
QAZİLER.AZ
