Almaniya Ukrayna Silahlı Qüvvələrinə təqdim edəcəyi yeni yardım paketinə yeddi “Gepard” zenit qurğusu da daxildir.
Faktiki olaraq utilizasiya üçün nəzərdə tutulmuş yeddi "Gepard" zenit silahı indi Münhen silah şirkəti olan Krauss-Maffei Wegmann (KMW) tərəfindən təmir olunur və yazda onlar Ukraynaya çatdırılacaq.
Qaziler.az bildirir ki, bu barədə "RBC-Ukrayna" Der Spiegel-ə istinadən xəbər verir.
Qəzet qeyd edir ki, Almaniya hökuməti bundan sonra hava hücumundan müdafiə sistemləri üçün əlavə hərbi avadanlığın tədarükünün mümkün olacağına ümid edir.
QAZİLER.AZ