Rusiyanın Ukraynaya qarşı apardığı müharibə zamanı Ukrayna ordusunun itkiləri 13 min nəfər təşkil edir.
Qaziler.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Kanal 24"-ün efirində deyib.
Müşavir bunları deyib: "Şübhəsiz ki, Ursula xanım (Avropa Komissiyasının rəhbəri - red.) səhv edib - bu göz qabağındadır. Ona görə də bu videonu siliblər, rəqəmləri çıxarıblar. Bizim Ukrayna Baş Qərargahın rəsmi qiymətləndirmələri var və onu Ali Baş Komandan səsləndirir. Ölən hərbçilərimizin sayı 10 mindən 12,5-13 minədəkdir. Bəli, yaralananlar arasında itkilərimiz daha çoxdur".
Eyni zamanda, Podolyak vurğulayıb ki, ölən ukraynalı mülki şəxslərin sayı “qətiyyən 20 min deyil”. Bu rəqəm, onun fikrincə, daha çoxdur.
"Biz müxtəlif beynəlxalq meydanlarda deyirik ki, Rusiya hərbçilərə qarşı vuruşmur - çünki oradakı müharibədə uduzur. O, mülki əhali ilə müharibə aparır", - deyə Podolyak bildirib.
QAZİLER,AZ