Luqansk vilayətinin işğaldan azad edilmiş ərazilərində stabilləşdirmə tədbirləri davam edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları düşmən diversantlarını aşkarlamağa davam edir.
Qaziler.az bildirir ki, bununla bağlı məlumatı RBK Ukrayna yayıb.
"Ukrayna Təhlükəsizlik Xidməti Luqansk vilayətinin işğaldan azad edilmiş ərazilərində sabitləşdirmə tədbirləri həyata keçirir", - məlumatda deyilir.
Luqansk hərbi regional administrasiyasından bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları rusiyalı diversantları axtarırlar.
QAZİLER.AZ