50 ukraynalı əsgər əsirlikdən geri qayıtdı

50 ukraynalı əsgər əsirlikdən geri qayıtdı backend

Dekabrın 1-də Ukrayna və Rusiya arasında növbəti hərbi əsir mübadiləsi baş tutub.

Qaziler.az RBK Ukrayna-ya istinadən bildirir ki,  Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak öz teleqram səhifəsində yazıb.

Yermak bildirib ki, 50 ukraynalı əsir vətənə qaytarılıb.

Onun sözlərinə görə, Mariupol və "Azovstal"ın müdafiəçiləri, eləcə də Yelenovka koloniyasında olan hərbçilər vətənə qayıdırlar. Eyni zamanda Donetsk, Luqansk və Zaporojye istiqamətlərində döyüşlərdə iştirak edən yaralı əsgərlər əsirlikdən azad edilib.

QAZİLER.AZ

 

Diaspora