Türkiyənin İraqın şimalında PK terrorçularına qarşı apardığı "Pəncə-Kilit" əməliyyatı zamanı şəhid olan Halil İbrahim Yigitin cənazəsi ata evinə gətirilərkən ağlayan əsgərin göz yaşını şəhid yaxını silib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 25 yaşlı şəhid çavuş Halil İbrahim Yigitin türk bayraqlarına bükülən cənazəsi ata evinə gətirilib. Şəhid anası və şəhidin nişanlısı tabuta sarılaraq göz yaşı tökdülər.
Tabutun başında ağlayan bir əsgərin göz yaşını isə şəhidin yaxınlarından biri silib.
QAZİLER.AZ