Qadın bir neçə gün əvvəl oğlu Kirill Çistyakovun əsirlikdə olduğuna öyrənib.
Qaziler.az UNİAN-a istinadən bildirir ki, əsgər anası Putin və Şoyquya hiddətlə müraciət edib.
Ukraynalı hərbçilərə əsir düşən rusiyalı əsgərin anası İrina Çistyakova bildirib ki, Ukraynada onun oğluna rusiyalı hərbi rəhbərlikdən daha yaxşı münasibət göstərilir. "Rusiya hakimiyyəti isə öz əsgərlərini geri qaytarmaq üçün heç nə etmir".
"Biz məgər heyvanıq? Uşaqlarımızı dünyaya ona görə gətirməmişik ki, kimsə onların hesabına öz problemlərini həll etsin! .. Bizi, anaları qəzəbləndirməyin. Siz bizə uşaqlarımızı qaytarın", - deyə əsir rus əsgərinin anası Rusiya rəhbərliyinə müraciət etdi.
Videonu təqdim edirik:
QAZİLER.AZ