Ukraynanın birinci xanımı: Ədalətə də ehtiyacımız var

Ukraynanın birinci xanımı:  Ədalətə də ehtiyacımız var backend

"Ehtiyacımız olan tək şey yalnız qələbə deyil, ədalətə də ehtiyacımız var".

Qaziler.az bildirir ki, bunu Ukraynanın dövlət başçısı Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya bunu İngiltərə parlamentinə müraciətində deyib.

Britaniyanı Ukraynanın Rusiyaya qarşı mübarizəsində lider olmağa çağıran Zelenskaya deyib: “Bizə lazım olan tək şey qələbə deyil, ədalətə də ehtiyacımız var. Çünki ədalət əvvəlki müharibələrin sonunu gətirdiyi kimi bu müharibənin də sonunu gətirəcək. Raketlərdən zərər görən xalqımız üçün ədalətə ehtiyacımız var. Ukraynanın, Avropanın və bütün dünyanın indi bu ədalətə ehtiyacı var. Bu ədalət təkcə Ukraynaya üçün deyil, dünya üçün gərəklidir. Bu, yenidən Londondan başladıla bilər. Çünki biz bilirik ki, ədalət Britaniyanın həyat tərzinin meyarlarından biridir. 

Humanizm dəyərlərini müdafiə edən güclü dövlətlərarası hüquq və müdafiə təcrübəsinə maliksiniz. Məhz buna görə İngiltərəyə səslənirik" - deyib.

QAZİLER.AZ

Diaspora