NATO ölkələri alyansın Buxarestdə keçirilən sammitdə Ukraynaya “Patriot” zenit-raket komplekslərinin mümkün tədarükünü müzakirə edirlər.
Qaziler.az bildirir ki, bu barədə "RBC-Ukrayna" NATO-nun baş katibi Yens Stoltenberqin bəyanatına istinadən xəbər verir.
"Müzakirələrimiz yeni sistemlərin, məsələn "Patriot", təmin edilməsi ilə bağlıdır və hazırda bununla bağlı müzakirələr gedir. Amma söhbət həm də artıq təhvil verilmiş sistemlərin işlək olmasına qarantiya verməkdən gedir", - Stoltenberq bildirib.
Xatırladaq ki, bu gün Buxarestdə NATO-nun ikigünlük sammiti başlayıb. Alyans ölkələrinin xarici işlər nazirləri Ukraynaya uzunmüddətli dəstəyi müzakirə edəcəklər.
QAZİLER.AZ