"Rusiyanın başqa dövlətlərin NATO-ya daxil olmasına veto qoymaq hüququ yoxdur".
Qaziler.az UNİAN-a istinadən bildirir ki, bu barədə noyabrın 29-da alyansın baş katibi Yens Stoltenberq alyansa qoşulan Şimali Makedoniya və Çernoqoriyanı misal çəkərək bildirib.
Stoltenberq qeyd edib ki, hazırda NATO-nun əsas diqqəti Ukraynanı dəstəkləmək və Pitinin bu müharibədə qalib gəlməməsini təmin etməkdir.
Stoltenberq Ukraynanın üzvlüyü ilə bağlı sualı cavablandırarkən deyib: “NATO-nun qapısı açıqdır”.
Alyans rəhbəri qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin öz siyasəti ilə “Finlandiya və İsveçin yaxın gələcəkdə NATO üzvü olmasını təmin edəcək"
QAZİLER.AZ