YPG-nin Türkiyə qorxusu: "ABŞ daha sərt mesaj verməlidir" - VİDEO

YPG-nin Türkiyə qorxusu:  "ABŞ daha sərt mesaj verməlidir" - VİDEO backend

Prezident Ərdoğanın quru əməliyyatı ilə bağlı mesajından sonra narahat olan YPG lideri Mazlum Kobani ABŞ-dan kömək istəyib.

Qaziler.az bildirir ki, Türkiyənin təhlükəsiz sərhəd xəttini genişləndirmək üçün “Pəncə-Qılınc” əməliyyatına başlaması YPG-ni əməlli-başlı qorxuya salıb.

Reuters-ə verdiyi açıqlamalarda ABŞ-ı da qınayan YPG lideri Kobani: "ABŞ Türkiyəyə daha sərt mesaj verməlidir" - deyib. 

YPG lideri Mazlum Kobani Türkiyənin həyata keçirəcəyi əməliyyatdan narahat olduqlarını ifadə edərək: “Türk ordusunun sərhəddə hərəkətliliyindən sonra yeni Suriya əməliyyatı ilə bağlı açıqlamaları artıq ciddi qəbul edirik. ABŞ-ın zəmanətinə baxmayaraq, Türkiyənin quru əməliyyatı keçirəcəyi ehtimalından hələ də narahatıq” - deyə söyləyib.

QAZİLER.AZ

 

Diaspora