Ermənistan ordusunun mayoru həbs edilib

Ermənistan ordusunun mayoru həbs edilib backend

Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlətə xəyanətdə ittiham olunan mayoru həbs edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”yanın telegram kanalında məlumat paylaşılıb.

Məlumatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrin mayorunun xarici xüsusi xidmət orqanları tərəfindən işə götürüldüyü üzə çıxıb. O, Ermənistan ordusunun bölmələrinin ölkənin şərq və cənub sərhədindəki xidməti fəaliyyəti barədə məxfi məlumatları toplayaraq messencerlə kəşfiyyat orqanlarına ötürürmüş. Bunun müqabilində o, təxminən 20.000 dollar pul mükafatı da alıb.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, mayor hazırda həbs edilib və istintaq davam edir. Mayorun adı isə hələ ki açıqlanmayıb.

QAZİLER.AZ

Diaspora