Ukrayna ilə müharibədə Rusiyanın itkiləri - SİYAHI

Ukrayna ilə müharibədə Rusiyanın itkiləri -  SİYAHI backend

Ukrayna qoşunları sutka ərzində 590 işğalçını və Rusiyanın bir çox texnikasını məhv edib.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, ümumilikdə, genişmiqyaslı müharibə başlayandan bəri Rusiya artıq 87.900 əsgərini itirib.

Bu barədə Ukrayna silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiyanın itkilərinin fevral ayının 24-dən noyabrın 28-dək olan və yenilənmiş siyahısı:

Canlı itki təxminən 87900 (+590) nəfər,

2908 (+3) tank,

5861 (+5) zirehli döyüş maşını,

1899 (+2) artilleriya sistemi, 

395 reaktiv yaylım atəşi sistemi,

278 təyyarə, 

1 555 PUA,

531 qanadlı raket,

4 416 avtomobil texnikası və avtosistern,

163 xüsusi texnika.

 

Xatırladaq ki, noyabrın 26-da ukraynalı müdafiəçilər Zaporojye vilayətində rusiyalı hərbçilərə güclü zərbələr endiriblər. Rusiya xeyli itki verib.

QAZİLER.AZ

 

Diaspora