Tanınmış iranlı reper etirazlara dəstək verdiyi üçün edam ediləcəyi ilə hədələnib.
İranın tanınmış reperi, 32 yaşlı Tumac Salehini ölüm cəzası gözləyir.
Qaziler.az bildirir ki, bu barədə CBC News xəbər verir.
Sənətçi 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı nümayişləri açıq şəkildə dəstək verdiyinə və dövlət hakimiyyətini tənqid etdiyinə görə oktyabr ayında həbs edilib.
Musiqiçinin yaxınları bildiriblər ki, məhkəmə Tumacı “Allaha qarşı müharibə” və “yer üzündə korrupsiyada” ittiham edib. Bu ittihamlar ölüm cəzası - edamla cəzalandırılır. Bildirilir ki, reperə özünün müdafiəsi üçün şəxsi vəkil tutmaq qadağan edilib.
QAZİLER.AZ