Polşanın paytaxtı Varşavada Rusiya Federasiyasının səfirliyinin yaxınlığında yerləşən xiyabanın adı dəyişdirilib.
O, "Rusiya təcavüzü qurbanlarının xatirəsinə" adlandırılıb.
Bunu Polşa xüsusi xidmət orqanlarının koordinatorunun ofisinin nümayəndəsi Stanislav Jarın “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, Rusiyanın Varşavadakı səfirliyinin yaxınlığındakı xiyaban indi “Ofiar Rosyjskiej Agresji” – “Rusiya təcavüzünün qurbanları” adlanır.
“Polşa xatırlayır”, - deyə Jarın bu dəyişiklikləri şərh edərkən vurğulayıb.