Türkiyənin 2 hərbçisi şəhid olub, 3 nəfər yaralanıb

Türkiyənin 2 hərbçisi şəhid olub, 3 nəfər yaralanıb backend

İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçuların atəşi nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub, 3 nəfər yaralanıb.

Qaziler.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Yaralılarımız dərhal xəstəxanaya qaldırılıb və müalicələrinə başlanılıb. Bizi dərin acı və üzüntüyə boğan bu olayda həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbir, yaralılarımıza şəfa diləyirik”, - nazirliyinin açıqlamasında qeyd olunub.

Diaspora